Axtarış...

Şəbəkədə Butirat zərərverici kodunun yeni versiyası meydana çıxdı.

      

Şəbəkədə geniş yayılmasına görə yeni zərərverici proqram ailəsinə aid olan BackDoor.Butirat yer tutur. BackDoor.Butirat.245 adını almış bu təhlükəli zərərverici kodun modifikasiyası ondan ibarətdir ki, o yeni mexanizmnən istifadə edir ki, bu da xakerlərin serveri tam olaraq idarə etməsinə gətirib çıxarır. Nəzərinizə çatdırırıq ki, troyan-bekdor ailəsinə aid BackDoor.Butirat yoluxmuş kompyuterdən və ya onun birbaşa qoşulduğu serverdən müxtəlif informasiyaları çıxara bilir. Hətta məşhur FTP (FlashFXP, Total Commander, Filezilla, FAR, WinSCP, FtpCommander, SmartFTP) proqramlarının da parollarını oğulayır. Bildirmək istərdik ki, digər troyanlardan o qədər də seçilmir, çünki bu da digərləri kimi öz nüsxəsinin birini sistem qovluqlarının birində gizlədir və reestrdə bəzi sistemi dəyişikliklər edir ki, bu da Windows işə salınan zaman onu da avtomatik işə salsın.Doktor Web şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəsisləri bu virusun uzun müddət fəaliyyət göstərə bilməyəcəyini qeyd ediblər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur