Axtarış...

“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” keçirilmişdir

“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” keçirilmişdir

Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil edilir. Dördüncü dəfə küçirilən tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak etmişdir.


“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general–mayor Azər Əhədov iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir və bu gün informasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin vacibliyi ölkə prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan məsələlərdəndir. Çıxışında A.Əhədov kibertəhlükələr haqqında dövlət qurumları, media subyektlərinin nümayəndələri və ictimaiyyətin məlumatlılığının artırılması məsələsinin də eyni dərəcədə önəmli olduğunu vurğulamışdır. Baş idarə rəisi XRİTDX tərəfindən regionda ilk dəfə keçiriləcək “Kiberdiplomatiya” beynəlxalq Konfransı haqqında və NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənmiş “Cyber polygon” layihəsi barədə ətraflı məlumat vermişdir.


Daha sonra tədbirin açılış mərasimində Arəzbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Elmir Vəlizadə çıxış etmişlər.


Tədbirin davamında “Dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar” mövzusunda XRİTDX-nin idarə rəisi Tural Məmmədov və “Müəssisələrdə daxili informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar” mövzusunda “KPMG” şirkətinin Kibertəhlükəsizlik Xidməti rəhbəri Ümit Yalçın Şen iştirakçılara geniş məlumat vermişlər.


“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” yeni təhdidlər və onların həll yolları, dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatmışdır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur