Axtarış...

Açarlar uzun, müddətlər qısa...

  

"Fujitsu" kompaniyası "pairing-bused cryptography" yeni kriptoqrafik standartını sındırdıqlarını xəbər vermişdir. Onlar 923 bitlik qoşa kriptoaçarı 148 gün ərzində tam təhlil etmişlər. Mütəxəsislər qeyd edirlər ki, əvvəllər standart mexanizmlərdən istifadə etməklə bu əməliyyatın yerinə yetirilməsinə bir neçə 100.000 il vaxt lazim ola bilərdi. Bununla əlaqədar "Fujitsu"-dan bildirirlər ki, tətqiqatların nəticələri istifadəçilərə kriptoqrafik texnologiyaları effektiv təhlil etmək, həmçinin qorunan məlumatların təhlükəsizliyinin təmin olunacağı müddəti obyektiv qiymətləndirmək imkanı verir. Kriptoaçarın sındırılması zamanı ekspertlər nüvələrinin ümumi sayı 252 olan, 21 kompyuterdən ibarət olan lokal şəbəkədən istifadə etmişlər. Yeni texnologiyaların tətbiqi standart alqoritmlərin köməyi ilə yerinə yetirilən əməliyyatları bir neçə min dəfə tez yerinə yetirməyə imkan vermişdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur