Axtarış...

Yeni hücum növü lampa vasitəsilə danışıqları bərpa etməyə imkan verir.

Yeni hücum növü lampa vasitəsilə danışıqları bərpa etməyə imkan verir.

  Alimlər lampada işıq dəyişiklikləri vasitəsilə 25 metr məsafədən səs dalğalarını bərpa etməyə müvəffəq olub.

Ben-Qurion adına Universitet və Veytsman İnstitutunun mütəxəssisləri lampada vibrasiyaların təhlili vasitəsilə danışıq və audioyazıların yeni bərpa üsulunun ətraflı təsvirini təqdim edib. Lamphone adlandırılan üsul səs dalğasının səthinə dəydiyi obyektlərin vibrasiya prinsipinə əsaslanır. Alimlərin sözlərinə görə, lampada vibrasiyalar işıq şüalanmasında kiçik qığılcımlar əmələ gətirir. Güclü sensorlardan istifadə edərək, işıqlandırmada dəyişiklikləri qeydə almaq və lampanın səthinə düşən səs dalğalarını yenidən qurmaq mümkündür. Hücumu həyata keçirmək üçün cinayətkar otaqda və ya ictimai yerdə lampadan birbaşa görünmə zonasında olmalıdır. Dekorativ plafonlu və ya digər konstruksiyalı lampalar, həmçinin pəncərəsiz otaqlarda aparılan danışıqlar bu cür hücumlardan mühafizə olunur. Lampa görünmə zonasına daxil olan kimi cinayətkar lampadakı işıqlandırma dəyişikliklərinin uzaq məsafədən qeydə alınması üçün teleskop və elektrooptik sensor kimi alətlərdən istifadə edə bilər. Eksperiment zamanı alimlər 25 metr məsafədən otaqda həm insan nitqi, həm musiqini bərpa etməyə müvəffəq olub. Ekspertlərin sözlərinə görə bu diapazonu müvafiq avadanlıq vasitəsilə (böyük ölçülü teleskop, 24/32-bitlik analoq-rəqəmsal dəyişdirici və s.) vasitəsilə gücləndirmək mümkündür.

Bu üsulun çatışmazlıqlarından biri odur ki, danışıqlar zamanı səs vibrasiyanı əmələ gətirəcək qədər bərk olmalı və ya dinamiklər lampaya kifayət qədər yaxın olmalıdır. Həmçinin, hücum yalnız bəzi lampa növlərinə qarşı həyata keçirilə və nəticələr istehsalçı, qurğunun modeli və texniki xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilər. 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur