Axtarış...

Bakıda İƏT ölkələri üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin beynəlxalq konfransı keçirilib.

Bakıda İƏT ölkələri üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin beynəlxalq konfransı keçirilib.

7 noyabr 2017-ci il tarixində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransının açılışı olmuşdur. Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən birində keçirilir. 4 gün keçirilən tədbirdə yeni nəsil kiber təhdidlər, gizli kiber indikatorların işlənilməsi, kiber cinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair kimi mövzuların müzakirəsi aparılmışdır. Müzakirələrlə yanaşı konfransın proqramında praktiki təlimlər üçün də vaxt ayrılmışdır. Praktiki təlim proqramında kiber simulyasiyalar vasitəsi ilə təhdidlərin analizi və qorunma yollarının nümayişi həyata keçirildi. Qeyd edək ki, tədbirin təşkilatçısı AR Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları “Delta Telecom LTD” MMM və “Azinfosec”, xarici sponsorları isə “May Cyer Technology”, “THALES” və “Videntifier” şirkətləri idi. Tədbirə akademik dəstək ADA universiteti tərəfindən həyata keçirildi. Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirakçı qeydiyyatdan keçmişdir.

Tədbiri Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini-Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev açaraq, keçirilən tədbirin mühüm əhəmiyyəti, qlobollaşan dünyada kiber hücumların kritik infrastrukturların fəaliyyəti üçün yaratdığı riskləri və Ölkə Prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısını xüsusi olaraq qeyd etdi, həmçinin, informasiya təhlükəsizliyinin ən prioritet məsələlərindən biri olduğunu bildirdi. O, heç bir sərhəd tanımayan kiber təhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin effektivlik baxımından yetərsiz olduğunu vurğulayaraq,  dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam Ölkələri CERT-lərinin birgə fəaliyyətini çox yüksək qiymətləndirdi. Agentliyin rəisi, həmçinin, qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kiber təhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd etdi. Daha sonra tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünü irəli sürülməsinə görə OİC-CERT idarə heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsi həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha da çox ayrılmasına öz töhfəsini verəcəyini söylədi.

İslam Əməkdaşlıq Təşkilatı İnformasiya texnologiyaları departamentinin direktoru Vajdi Alquliti qeyd edib ki, hazırda terrorizm istənilən cəmiyyət üçün dəhşətli düşməndir: "Terrorizm sərhədlər tanımır, dinlər və millətlər arasında fərq qoymur, dağıdıcı mahiyyətə malikdir. Biz xüsusilə kiberməkan üzərindən törədilən cinayətlərdən narahatıq və bu cinayətlərin qarşısını almalıyıq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılıb ki, bu cür təhdidlərə qarşı mübarizə aparılsın. Çağdaş dünyada texnologiyaların inkişafı həyatımızı daha da asanlaşdırır. Bununla bərabər, bu texnologiya və alətlər fərqli məqsədlər üçün istifadə oluna, beynəlxalq sabitliyə təhdid kimi çıxış edə bilər. Bu təhdidlərə qarşı mübarizə aparmaq bizim əsas vəzifəmizdir".

“Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev “Delta Telecom LTD”nin Azərbaycanda kiber təhdidlərə qarşı mübarizəsindən danışıb.

 Tədbir çıxışlarla davam edib.

Yerli və xarici media 9-cu OİC-CERT Beynəlxalq Konfransı haqda

Yerli:

https://azertag.az/en/xeber/Baku_hosts_9th_Annual_International_Conference_on_cyber_security-1109579

https://azvision.az/news/130283/kiberhucumlar-boyuk-riskler-yaradir-xdmx-nin-generali.html

http://ikt.lent.az/m/news/203126

http://www.xezerxeber.az/mobil//news/181191.html

https://en.trend.az/business/it/2817805.html

http://xeberler.az/new/details/bakida-kibertehlukesizlik-ile-bagli-konfrans-kecirilir--19169.htm

https://www.azernews.az/business/121808.html

Xarici media:

https://www.oic-cert.org/en/mediacoverage/2017.html#.Wgb-eEpRWEc

http://wam.ae/ur/details/1395302645165

http://www.maeeshat.in/2017/11/baku-hosts-9th-oic-cert-conference-on-cybersecurity/

https://m.haberler.com/amp/iit-bilgisayar-acil-mudahale-ekipleri-baku-de-10224575-haberi/

http://m.gulfnews.com/amp/news/gulf/saudi-arabia/oic-to-set-up-cybersecurity-centre-to-tackle-online-terrorism-1.2121503

https://www.tahawultech.com/securityadvisorme/news/oic-cybersecurity-combat-cyberterrorism/

http://www.bernama.com/bernama/v8/bm/wn/newsworld.php?id=1408370

http://www.hukukihaber.net/haber/amp/101642

http://iinanews.org/page/public/news_details.aspx?id=225287&NL=True#.WghyTUFRWaM

https://computerworld.com.my/tech/security/why-cybersecurity-malaysia-was-in-azerbaijan/

https://mis-asia.com/tech/security/why-cybersecurity-malaysia-was-in-azerbaijan/

https://www.tahawultech.com/securityadvisorme/news/oic-cybersecurity-combat-cyberterrorism/

http://www.menafn.com/1096056192/Saudi--OIC-to-Establish-a-Cyber-Security-Center-for-Combating-Cyberterrorism

http://www.iinanews.org/page/public/news_details.aspx?id=225287#.WgpJgDLmg0M

http://www.alkhaleej.ae/mob/detailed/a922472b-3d18-4d8e-80b8-4c95e68a97f2/071fac7d-3300-4794-9de7-bde4cdb93948

https://m.arti49.com/iit-bilgisayar-acil-mudahale-ekipleri-bakude-bulustu-988209h.htm

http://www.trt.net.tr/persian/lmy-frhngy-w-hnry/2017/11/09/tymhy-wkhnsh-sry-rynh-y-szmn-hmkhry-slmy-dr-bkhw-grdhm-amdnd-844584

TV:

http://www.myvideo.az/tv/lider&seekTime=07-11-2017%2021:19

http://www.myvideo.az/tv/xazer&seekTime=07-11-2017%2017:08

http://www.myvideo.az/tv/aztv&seekTime=07-11-2017%2020:33

 

 

 

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur