Axtarış...

Sucuri: Google HTTP istifadə edən saytları qara siyahıya salacaq.

 Təhlükəli HTTP protokolundan istifadə edilməsiylə bağlı öz mübarizəsi ilə məşhur olan Google şirkəti, "aldadıcı reklam" tərkibli saytların qara siyahısını yaradıb. Görünür ki, qara siyahıya giriş səhifələrində HTTP istifadə edən bütün saytlar düşəcək. Sucuri - nin sözlərinə görə səbəb istifadəçinin məxfi məlumatları şifrələnməməsi və ələ keçə bilməsi ola bilər. Saytın sahibi SSL/TLS-sertifikatını quraşdırdıqdan sonra Google təkrar yoxlanışdan sonra xəbərdarlığı siləcək.
Şifrələmənin istifadəsi sayt ziyarətçilərinin məlumatlarının təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Google Chrome brauzeri bu yaxın zamanlardan təhlükəsiz protokoldan istifadə etməyən saytları qırmızı üçbucaqla qeydə almağa başlayıb.
Hal-hazırda isə Google şirkəti saytların qara siyahısını yaradıb. Bu siyahıya düşməklə trafikin 95% azalmasına gətirib çıxara bilər. Sucuri - nin sözlərinə görə, bu istifadəçilərin təhlükəsizliyini təmin etməyə kömək edəcək, həmçinin saytın sahibinə təhlükəsiz protokola keçməyin vaxtı gəldiyini aydın şəkildə izah edəcək.

Qeyd etmək lazımdır ki, saytın yaşı Google reytinqinə təsir göstərən amillərdən biridir və bu onunla bağlıdır ki, kibercinayətkarlar bu yaxınlarda qeydiyyatdan keçmiş hələ qara siyahıya düşməyə imkan tapmamış domenləri fişinq hücumlarında istifadə edirlər. Beləliklə, yeni saytlar etibarını qazanmalıdır, bir neçə il əvvəl qeydiyyata alınmış domenlər isə artıq müəyyən səviyyədə nüfuza malikdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur