Axtarış...

İnstaqram və Whatsapp teleqram linklərini bloklayır

 Facebook şirkətinə məxsus İnstaqram foto paylaşma servisi öz istifadəçilərinin profillərində telegram tətbiqetməsinə aid linkləri paylaşmağı qadağan edib. Bu barədə Telegram messencerinin rəsmi Twitter səhifəsində bildirilib. Qeyd olunan problem 2 mart tarixində qeydə alınıb. Aşağıdakı skrinlərdən aydın görünür ki, bir neçə link yazılır və onlar mavi rənglə işarələnirlər lakin, telegram.org yazılır bu isə adi yazışma kimi göstərilir.

Xatırlatmaq istərdik ki, 2015-ci ilin sentyabr aylarında Facebook istifadəçiləri bir müddət öz yazışmalarında Telegramın saytının rəsmi linkini ötürə bilmirlərmiş. Buna səbəb olaraq isə texniki xəta göstərildi və az müddət sonra aradan qaldırıldı. 

© 2011-2024 Bütün Hüquqlar Qorunur