Axtarış...

Kasperski Antivirusunda 8-ə yaxın boşluq aşkar olundu

  Google şirkətinin mütəxəssisləri Kasperski Antivirusunda 8-ə yaxın boşluğun aşkar olunması ilə bağlı məlumat yayıblar. Bu ilin sentyabrında aşkar olunan bütün boşluqlar məsafəli kod icrasını həyata keçirmək imkanı verirdi.

Boşluqların əksəriyyəti buferin dolması ilə nəticələnən müxtəlif cür xətalarla əlaqəlidir. Bu sıra baş verənlərdə NT AUTHORITY/SYSTEM imtiyazlarında ixtiyari kod icra etmək mümkündür.

Boşluqlarla bağlı məlumatın ictimaiyyətə bildirilməsi Google Security Research tərəfindən boşluqlar haqda informasiyaların yayılması siyasəti ilə tənzimlənir.

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur