Axtarış...

Facebook yeni anonim autentifikasiyanı təqdim etdi

Facebook mobil tətbiqetmə proqramçılarına istifadəçilərin autentifikasiyası üçün yeni –anonim loqin üsulunu təqdim etdi.

Belə ki, Facebook proqramçıları inandırmağa çalışırlar ki, anonim loqin istifadəçilərin sizin tətbiqetmənizə daxil olması üçün ən rahat üsuldur hansı ki, bu zaman heç bir şəxsi informasiyanı təqdim etmək zəruriyyatı yaranmır. Təbii ki, bu zaman sosial şəbəkə tam informasiyaya malik olur, lakin kimin konkret hansı tətbiqetməyə daxil olmasını isə kənar şirkətlərdən gizli saxlamağa söz verir. Prinsipcə bu bəyanata inanmaq olar, belə ki, Facebookun xüsusi məlumatları pulsuz vermək hüququ yoxdur. Adi avtorizasiyada olduğu kimi bunda da akkaunt yaratmaq və parolu qeyd etməyə ehtiyac yoxdur.

Məlumat üçün bildiririk ki, Anonymous Login xidməti hal hazırda beta versiyada fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur