Axtarış...

Diqqət!!! Pidgin-də yaranmış boşluqlar aradan qaldırılmışdır.

 Ani mesajlaşma proqramı olan Pidgin 2.10.10 versiyasına qədər yenilənmişdir. İnzibatçılara tövsiyyə edilir ki, tezliklə bu yenilənməni yükləsinlər, belə ki, həmin paketdə 5 boşluq qaldırılmışdır. 

1)CVE-2014-3698 boşluğunun istismarı xakerlərə XMPP məktublara aid informasiyanı proses yaddaşından oğurlamaq imkanı verir.

2)CVE-2014-3697 boşluğu smayliklərin "daşınmasında" ixtiyari fayllara dəyişiklik etmək imkanı verir.(yalnız Windows)

3)CVE-2014-3696 və CVE-2014-3695 məsafəli çağırışla prosesin qəzalı yekunlaşmasına gətirib çıxarır. CVE-2014-3694 isə SSL sertifikatların yoxlanması zamanı səhvlər verir.

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ məlumat üçün bildirir ki, Pidgin universal messenger sayılır hansı ki, eyni zamanda ünsiyyət üçün müxtəlif şəbəkələrə aid istifadəçi qeydlərindən avtorizasiya etmək imkanı verir. Bu isə o deməkdir ki, istifadə öz dostları ilə MSN-də danışarkən eyni zamanda Google Talk-da danışa bilər və Yahoo, İCQ, Mxit, Zephyr və s. çatlarda yazışa bilər. Əlavə plaginlərin köməkliyi ilə Pidgin daha çox servis dəstəkləyə bilər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur