XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Samsung telefonlarında bekdor aşkarlandı.

15 Mart 2014

 Mövcud olan boşluq radiomodem və Android əməliyyat sistemi arasında əlaqəni təmin edərək proqram komponentində olan xətadan yaranmışdır. Proqramçılar bu təhlükəli boşluğu Galaxy ailəsindən olan Samsung smartfonlarında və planşetlərində aşkar etmişlər. Belə ki, bu boşluğun köməyilə yoluxmuş qurğunun fayl sisteminə giriş etmək mümkündür.

Təhlükəyə məruz qalan modellər içərisinə Nexus S, Galaxy S, Galaxy S 2, Galaxy Note, Galaxy Nexus, Galaxy Tab 2, Galaxy SIII və Galaxy Note 2 daxildir.

Məlumat üçün bildiririk ki, bəzi modellərdə bu proqram təminatı istifadəçinin şəxsi məlumatlarına ciddi dəyişiklik etmək kimi imtiyazlara malikdir.