Axtarış...

Azərbaycan ilə Koreya Respublikası arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Azərbaycan ilə Koreya Respublikası arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 Dekabrın 4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, (RİTN) Koreya İnformasiya Təhlükəsizlik Agentliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizliyi üzrə əməkdaşlıq: qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Koreya Respublikasının, Dünya Bankının, Azərbaycan Respublikası Milli Məclisinin, Mərkəzi Bankının və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdə informasiya təhlükəsizliyi siyasəti, informasiya təhlükəsizliyinin idarə olunması, Koreyada CERT təcrübəsi, PKİ açıq açar infrastrukturu və elektron imza, Koreya Respublikasının kibertəhlükəsizlik üzrə baş planı, Azərbaycanda kibertəhlükəsizlik sahəsində cari vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və s. mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

AzərTac

© 2011-2024 Bütün Hüquqlar Qorunur