Axtarış...

2 milyon Adobe istifadəçisi 1,2,3,4,5,6 şifrəsindən istifadə edib

 İnformasiya Təhlükəsizliyi üzrə ekspert Adobe müştərilərinin özləri üçün seçdiyi 100 şifrənin siyahısını hazırlayıb.

Stricture Group şirkətinin informasiya təhlükəsizliyi üzrə olan tədqiqatçısı Ceremi Qosni bəzi Adobe istifadəçilərinin şifrələrini analiz etmişdir. Bütövlükdə 2 milyon istifadəçi özləri üçün şifrə olaraq "1,2,3,4,5,6"-nı seçmişlər. Bildirmək istərdik ki, Adobe-un verilənlər bazası oktyabrın əvvəllərində "sındırılmışdır". İlkin olaraq 3 milyon şifrənin aşkarlanması bildirilsə də, sonra hücum nəticəsində 38 milyon şəxsi hesabın zərər çəkdiyi məlum olmuşdur.

Qosni-nin bu çıxışını bəzi ekspertlər şübhə ilə qəbul etsələr də məlum oldu ki, 1.9 milyon Adobe istifadəçisi profillərinin qorunması üçün 1,2,3,4,5,6 şifrəsindən istifadə etmişdir.

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur