Axtarış...

NGINX - dən gəlir əldə etməyə başlanıldı.

 Nginx veb serverinin müəllifi, istedadlı proqramçı İqor Sısoev 2011-ci ildə məhsulun inkişafı və gəlir əldə etmək planını yaratmışdır. BSD lisenziyası altında veb serverin özü pulsuz olaraq open source məhsul kimi qalır. 2 il keçdikdən sonra planı reallaşdırmaq vaxtı gəldi. Nginx şirkəti Nginx Plus servisini təqdim etdi. Nginx Plus - əlavə xidmətləri olan ödənişli paketdir. O, cümlədən texniki dəstək, serverin aktivlik monitorinqi, dinamik rekonfiqurasiya və digər xidmətləri özündə cəmləyir.

İnternetdə olan saytların 14.55 % - i Nginx veb serverində işləyir. Bu isə internetdə tez tez ziyarət olunan TOP-1000 saytın 35 % - i deməkdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur