Axtarış...

Tik Tok, 2 milyarddan çox istifadəçinin məlumatlarının ifşa edildiyini bildirilən xəbəri təkzib etdi.

Tik Tok, 2 milyarddan çox istifadəçinin məlumatlarının ifşa edildiyini bildirilən xəbəri təkzib etdi.

Populyar qısa sosial video xidməti TikTok, güvənli olmayan bulud serverinə giriş əldə etdiyini iddia etdikdən sonra haker qrupu tərəfindən məlumat bazasının sındırılması barədə xəbərləri təkzib edib. "ByteDance"-a məxsus şirkət "The Hacker News"-a bildirib ki, "TikTok istifadəçilərin məlumatlarının məxfiliyini və təhlükəsizliyini ön planda tutur". "Təhlükəsizlik qrupumuz bu iddiaları araşdırdı və təhlükəsizliyin pozulması ilə bağlı heç bir fakt tapmadı." Bu təkzib, 3 sentyabrda “Breach Forums” məlumat lövhəsində baş verən hücumla bağlı iddialardan sonra ortaya çıxdı, burada kiber hücumçu qeyd edib ki, server 790 GB-lıq nəhəng verilənlər bazasında 2,05 milyard qeyd saxlayıb.

"Kim düşünə bilərdi ki, TikTok zəif paroldan istifadə edərək bütün daxili backend kodunu bir Alibaba Cloud nüsxəsində saxlamağı seçəcək?" BlueHornet (həmçinin AgainstTheWest kimi tanınır) kimi tanınan hakerlər qrupu həftə sonu "twitter"-də yazıb.

TikTok Denies Data Breach

"Security Discovery"-nin kibertəhdidlər üzrə tədqiqatçısı Bob Diaçenko sızmanın “real” olduğunu və məlumatların çox güman ki, “TikTokdan deyil, “Hangzhou Julun Network Technology Co., Ltd”dən qaynaqlandığını söylədi. Bununla belə, məlumatların tam olaraq haradan gəldiyi və üçüncü tərəflərin bu cür məlumatlara çıxışı olub-olmaması hələki aydın deyil. “Bu hələ də inandırıcı deyil; bəzi məlumatlar ictiamiyyətə açıq olmasına baxmayaraq istehsal məlumatlarına uyğundur”– təhlükəsizlik üzrə tədqiqatçı "Troy Hunt" tviterdə bildirib. “Məlumatların bəziləri lazımsızdır, lakin qeyri-istehsal və ya sınaq məlumatları ola bilər. Hələki bu bir qədər qarışıq məsələdir

Təkmilləşmə uyğun olmayan bir vaxta təsadüf edir, beləki, şirkət bu dövrdə Çin ilə əlaqələri səbəbindən məlumat təhlükəsizliyinin təmin olunması metodlarının getdikcə daha çox araşdırılması ilə bağlı məsələrlə məşğul olmağa davam edir. Yeniləmə: The Hacker News tərəfindən yayımlanan sonrakı bəyanatda, sosial media şirkəti təhlükəsizlik qrupunun təhlükəsizlik pozuntusu ilə bağlı heç bir dəlil tapmadığını təsdiqlədi. TikTok sözçüsü bildirdi ki, "Biz təsdiq etdik ki, sözügedən məlumat nümunələrinin hamısı ictimaiyyət üçün əlçatandır və TikTok sistemləri, şəbəkələri və ya verilənlər bazalarının hər hansı kompromisi ilə əlaqədar deyil"

“Nümunələr həmçinin TikTok ilə əlaqəli olmayan bir yaxud daha çox üçüncü tərəf mənbələrindən olan məlumatları ehtiva edir. Biz istifadəçilərin hər hansı proaktiv tədbir görməli olduğuna inanmırıq və qlobal ictimaiyyətimizin təhlükəsizliyini qorumağa sadiq qalırıq”.

Bundan əlavə, AgainstTheWest-in Twitter hesabı o vaxtdan bağlanıb və Breach Forums-da yer alan məlumatlar bazasının sındırılması ilə bağlı məlumat bu formada dəyişdirilib "zəiflik TikTok-la bağlı deyil və o, çox güman ki, yalan danışıb yaxud belə çirkin iddialar irəli sürməzdən əvvəl bunu araşdırmayıb ”. “AgainstTheWest (hökumət tərəfindən dəstəklənən haker qrupu olduğunu bildirərək...LOL) məlumat bazasının sındırılması yaxud başqa şeylər haqqında yalan məlumat çatdırması ilə məhşurdur və bu, sadəcə bir dönüş nöqtəsi idi", pompompurin, bu ilin mart ayının əvvəlində "Breach Forums"un açılışını edən aktyor bildirdi.

© 2011-2024 Bütün Hüquqlar Qorunur