Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları Misir Ərəb Respublikasının Milli Telekommunikasiya Tənzimləmə Orqanının (NTRA) təşkilatçılığı ilə 28-30 aprel tarixlərində Qairə şəhərində keçirilmiş “FDC Summit 2025” tədbirində və İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin birliyi olan OIC-CERT təşkilatının idarə heyətinin 2025-ci il üzrə ikinci iclasında iştirak etmişdir.
“FDC Summit 2025” tədbiri çərçivəsində keçirilən OIC-CERT təşkilatının idarə heyətinin iclası zamanı icmanın 2025-ci il üzrə olan fəaliyyət dövrü ərzində ölkəmizi təmsil edən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin öhdəsinə götürdüyü tapşırıqlar haqqında məlumat verilmişdir. Mərkəz tərəfindən davam etdirilməkdə olan mühüm tədbirlərdən biri də OIC-CERT-in Üzvlük Portalının tərtibatıdır və iclas zamanı nümayəndələrimiz yeni portalın ilkin təqdimatını həyata keçirmişdir.
30 aprel tarixində tədbir çərçivəsində keçirilən “Research Forum”-da Murad Balayev “Bir klikin pərdəarxası: sosial mühəndislik milli təhlükəsizlik riski kimi” mövzusunda keçirilən panel müzakirəsində spiker qismində iştirak etmiş və Azərbaycan Dövlət CERT-inin təcrübələrindən geniş bəhs etmişdir.
© 2011-2025 Bütün Hüquqlar Qorunur