Axtarış...

Diqqət! Skype -da boşluq aşkarlandı.

Diqqət! Skype -da boşluq aşkarlandı.

Skype tətbiqetməsinin Android-versiyası problem aşkar edilib, belə ki, xaker, smartfonun ekran kilidindən yan keçərək şəkillərə, əlaqə siyahısına və hətta brauzeri işə salmağa giriş əldə edə bilər. Boşluğu Kosova respublikasından 19 yaşlı tədqiqatçı Florian Kunuşevçiy aşkar etmiş və o bütün lazımi məlumatları Microsoft şirkətinə təqdim etmişdir.

Mütəxəssisin sözlərinə görə, boşluqdan istifadə etmək üçün qurbanın smartfonuna fiziki giriş lazımdır. Belə şərtlə giriş əldə edən xaker qurğunun kilidini açmadan zəngləri qəbul edə və cavab verə bilər.

Bundan başqa şəkillərə və əlaqə siyahısına da giriş əldə edilərək məktubların göndərilməsi imkanını yaradır. Smartfon oğurluğu ilə məşğul olan şəxslər üçün bu sadəcə olaraq hədiyyədir, belə ki, yuxarıda qeyd olunan proseslər üçün qurğunun kilid kodunu daxil etməyə ehtiyac yoxdur. Boşluğu aşkar edən şəxs iddia edir ki, əvvəlcə o mobil qurğuda yerləşən Skype faylların qeyri-dəqiq emal olunmasına diqqət yetirib. Ekspertin sözlərinə görə boşluq Androidin bütün versiyalarına aiddir. Microsoftdan bildiriblər ki, boşluğu Skype – in 8.15.0.416 versiyasında tam aradan qaldıracaqlar.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur