Axtarış...

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçirilib.

 Bakıda “İnformasiya əsrində milli təhlükəsizlik: İnformasiya Kommunikasiya Texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfrans keçirilib.

Bu gün ADA Universitetində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə "İnformasiya əsrində milli təhlükəsizlik" mövzusunda konfrans başlayıb. Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəhbəri Tural Məmmədov isə “Bakı Avropa Oyunları 2015”, həmçinin e-poçt saxtakarlığı, mətbuat xakerliyi və məlumat bazalarının təhlükəsizliyinə məsuliyyət mövzusunda maraqlı çıxış edərək, konfrans iştirakçıları ilə təcrübələrini bölüşüb.

Konfransda Azərbaycanın 30-dan çox dövlət və özəl təşkilatlarının 90-a yaxın nümayəndəsi, eləcə də kibertəhlükəsizlik üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər iştirak edirlər. Konfrans kiber dövlətçiliyin inkişafı, kibercinayətkarlıqla mübarizədə qabaqcıl beynəlxalq təcrübələr, kibercinayətlər və kütləvi tədbirlər panellərində davam etdirilir.

Qeyd edək ki, bu tədbir Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə ATƏT-in Bakıdakı layihə əlaqələndiricinin həyata keçirdiyi layihənin bir hissəsidir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur