Axtarış...

Google Chrome üçün saxta uzantı Facebook istifadəçilərinin akkauntlarını sındırır

Google Chrome üçün saxta uzantı Facebook istifadəçilərinin akkauntlarını sındırır

Xakerlər tərəfindən istifadə olunan zərərverici proqram istifadəçilərin akkauntlarını tam idarə etmək imkanı yaradır. Bitdefender şirkətinin İT mütəxəsisləri şəbəkədə Facebook sosial şəbəkəsinin istifadəçilərinə yönəlmiş yeni növ hücum aşkar etmişdirlər. Xakerlər istifadəçilərə tərkibində zərərverici resurs adresi olan spam göndərirlər, hansındakı guya Google Chrome üçün Adobe Flash Playerin biznes versiyasını yükləmək olar. Yükləndikdən sonra Flash Playerin zərərverici versiyası istifadəçinin internet fəaliyyətinə nəzarət etməyə başlayır. Belə ki, istifadəçi öz Facebook səhifəsinə daxil olduqda zərərverici proqram kuki fayllar arasında axtarış həyata keçirir və istifadəçinin hal-hazırda onlaynda olub olmamasını müəyyənləşdirir. Zərərverici kod Facebook-da məşhur "bəyənirəm" (like) qeydinin sayını artırır. Məqsəd ondan ibarətdir ki, çoxlu sayda "bəyənirəm" qeydini alan səhifələr yüksək reytinq qazanır və digər istifadəçilərin marağına səbəb olur. Belə desək "qara bazar" - da isə çoxlu sayda "bəyənirəm" qeydləri almış akkauntları 150-220 $  satmaq olar. Sonda bildirmək istərdik ki, təhqiqatçılar tərəfindən aşkar olunan bu yoluxma brauzerdə bir çox müddət qala bilər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur