Axtarış...

OIC-CERT təşkilatının idarə heyətinin növbəti iclası Qahirədə keçirilmişdir

OIC-CERT təşkilatının idarə heyətinin növbəti iclası Qahirədə keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT mərkəzlərinin birliyi olan – "OIC-CERT"in idarə heyətinin 20 may tarixində Misirin Qahirə şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdirlər.


İdarə heyətinin iclasında təşkilatın 2024-cü illik fəaliyyət planı üzrə görülmüş işlər müzakirə olunmuş, nümayəndə heyətimiz tərəfindən ölkəmizin (CERT.gov.az) cavabdeh olduğu, təşkilatın 4-cü strateji istiqaməti olan – "Texnika və texnologiya" sahəsi üzrə görülən işlər barədə məlumat verilmişdir.


Təşkilatın 15-ci yekun konfransının və toplantısının üzv ölkələr tərəfindən verilən təkliflər və birgə müzakirələr əsasında Özbəkistanın Daşkənd şəhərində keçirilməsinə qərar verilmişdir.


Tədbirdə iştirak edən XRİTDX-ın idarə rəisi T.Məmmədov keçirilən iclas zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Kiber Diplomatiya üzrə beynəlxalq konfrans barədə də ətraflı məlmat vermişdir. Azərbaycanın bu təşəbbüsü və iştirakçıların tədbirə dəvəti idarə heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.


Məlumat üçün qeyd edək ki, XRİTDX-ın Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi 8 il ardıcıl olaraq uğurla təmsil etməkdədir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur