Axtarış...

Websense : zərərverici veb saytların sayı 600 % artmışdır.

İnformasiya təhlükəsizliyi şirkəti olan WebSense – dən bildirirlər ki, zərərverici tərkibində avtomatik hücum kodları olan saytlar yaratmağa çalışır. Hətta bəzi saytlar zərərverici kodları yaymaq üçün qəsdən yaradılsa da, WebSense-in təhqiqatlarına görə, təhlükəli saytların 85 %-i sonradan etibardan salınmış saytlardır.İnformasiya təhlükəsizliyi şirkəti olan Websense Security Labs-ın vitse-prezidenti Charles Renert qeyd edir ki, “belə hücumlar əsasən leqal saytlara qarşı təşkil olunur, təhlükəsizlik və etibara ənənəvi yanaşmalara yenidən baxmağı zəruri edir. Belə artan təhlükələr zamanı və hədəfləri daha yüksək səviyyəli hədəflərə yönəltmiş təcrübəli zərərvericilərin yeni nəslini artırır.” Hücum saytlarındakı artım avtomatik eksployt alətləri dəstlərinin istifadəsinin artımı üst-üstə düşür. Bir neçə yüz dollara başa gələn hücum alətləri dəsti veb səhifəyə bir sıra geniş yayılmış boşluqların istismarını avtomatik yerinə yetirməyə imkan verən kodlar yeridə bilir. Daha təcrübəli alətlər əməliyyat sistemləri, brauzerin növü və versiya nömrələri üzrə axtarış apara bilir.
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur