Axtarış...

Fortined : kibercinayətkarlar «Crime-as-a-Service» təklif edirlər.

     

Şirkətin hesabatlarına əsaslansaq xakerlər kibercinayətkarlıq təşkilatları üçün xüsusi bir struktur yaratmaq istiyirlər. Beləliklə kibercinayətkarlar «Crime-as-a-Service» - dən özlərinə məxsus tərzdə xidmət təklif edirlər. Hazırlanan hesabatda zərərverici proqramın yaradılması mərhələləri haqda hətta gəlirlərinin planları haqda danışılır. Məsələn : xakerlər veb sayt yaradırlar və onun köməyi ilə zərərverici proqramı yayırlar. Tez-tez saytlarda virusların yayılması üçün praktik olaraq bütün informasiyalar yerləşdirilir. Qeyd edilir ki, xakerlər istifadəçilərin məlumatlarını oğurlamaq üçün, e-maillarına yol tapmaq üçün, zərərverici proqram təminatı da təklif edirlər. Kompyuteri yoluxdurmaq üçün əksər hallarda PDF fayllardan istifadə olunur. Fortined təhqiqatçıları hesabatda xakerlərin göstərdiklər «Crime-as-a-Service» xidməti haqda informasiyalar da qeyd edirlər. Belə ki, 1000 kompyuterə zərərverici proqram təminatı ilə yoluxdurmaq - 100$, 1 həftə ərzində hər gün 5 saat olmaqla DDoS hücumların aparılması - 535$ və s. xidmətlər təklif olunur.

© 2011-2024 Bütün Hüquqlar Qorunur