Axtarış...

XDMX internet saytı ilə bağlı açıqlama

XDMX internet saytı ilə bağlı açıqlama

Son günlər bəzi kütləvi informasiya vasitələrində XDMX-nin internet saytından bəzi məlumatların hakkerlər tərəfindən oğurlanması ilə bağlı yer almış məlumatla əlaqədar bildirmək istəyirik ki, sözügedən məlumatların XDMX-nin saytı ilə heç bir əlaqəsi yoxdur və XDMX saytına heç bir müdaxilə halı qeydə alınmayıb. Həmçinin qeyd etmək istəyirik ki, ümumiyyətlə heç bir internet saytında konfidensial və ya məxfi məlumat yerləşdirilmir. Saytda yerləşdirilən məlumatlar kütləvi istifadə üçün nəzərdə tutulub və onu istənilən şəxs istifadə edə bilər. Hal-hazırda tərəfimizdən bu məlumatların və kütləvi informasiya vasitələrində yaranmış dezinformasiyanın səbəbləri araşdırılır.

XDMX Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur