Axtarış...

CERT.GOV.AZ ilk yerli zərərverici analizi proqramının “Beta” versiyasını təqdim etdi.

Uzun zamandır üzərində işlədiyimiz zərərvericilərin analizi üçün hazırlanmış olan tətbiqin ilkin “Beta” test versiyası artıq hazırdır. Tərəfimizdən Microsoft tərəfindən də tətbiqin leqitimliyi üçün sertifikat əldə edilmiş və proqram təminatına inteqrasiya edilmişdir. Hazırda 3 dildə (azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş "Beta" versiyaya, şübhəli faylların analizi üçün onların Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin “Malware Lab”-ına təqdim olunması və CERT.gov.az informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə olunmuşdur.


Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də, funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. "Beta" versiyasının istifadəsindən əldə olunacaq məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etidirilməsi və gələcəyini proqnozlaşdırmaqda bizə yardımçı olacaqdır.


Qeyd etmək istərdik ki, layihənin pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq “Cloud Base” hazırlanması nəzərdə tutulub. Belə yanaşma gün-gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda analizlərdə bulud əsaslı süni intellekti tətbiq etmək üçün nəzərdə tutulmuşdur.

Proqramın beta versiyasını keçiddən endirə bilərsiniz: Malware-Lab (MAP)

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur