Malware Lab
Komputer İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin Malware Labaratoriyasının məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.
KİMM Malware Lab - özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Beləki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru - Antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramından ibarət olacaq.
CERT.GOV.AZ Malware Lab-a aid layihələri GitHub səhifəmizdən izləyə bilərsiz: https://github.com/certgovaz

Multi-funksional Analiz Programı
Yüklə: | https://cert.gov.az/map |
Təlimat: | Hazırda quraşdıracağınız zərərverici analiz proqram təminatı beta-test versiyada olduğu üçün proqram təminatının istifadəsi zamanı əsas antivirusdan imtina edilməsi tövsiyə edilmir. Proqram təminatının istifadəsi zamanı hər hansı xəta çıxarsa və ya proqram təminatı ilə bağlı sual və təklifləriniz üçün malware@cert.gov.az mail ünvanına müraciət edə bilərsiniz. |

Zərərverici Analizi Alətlər Toplusu
Yüklə: | https://github.com/certgovaz/MAK |
Təlimat: | MAK İstifadəçi Təlimatı.pdf |

Zərərverici Proseslərinin Loqlaşdırılması
Yüklə: | https://github.com/certgovaz/MEL |
Təlimat: | MEL İstifadəçi Təlimatı.pdf |
Video: | MEL Video Təlimat |