Axtarış...

Google-dan konfidensiallıqla bağlı YENİLİK !

Google-dan konfidensiallıqla bağlı YENİLİK !

  İyunun 25-dən etibarən G Suite istifadəçiləri Gmail servisində elektron məktubların göndərilməsi zamanı məxfi rejimdən istifadə edə biləcək. İşdə G Suite istifadə edirsinizsə, məxfi məktublar yaza və göndərə biləcəksiniz.

  Məxfi rejim - məxfi məlumatı ehtiva edən elektron məktubun göndərilməsi zamanı olduqca faydalı ola biləcək kifayət qədər güclü vasitədir. Bu rejimin imkanları arasında məktubun qüvvədə olduğu müddətin təyin olunmasıdır. Başqa sözlə desək, təyin olunan konkret tarixdə məktubunuza giriş avtomatik şəkildə bloklanacaq. Beləliklə, məktubun qüvvədə olduğu müddət başa çatdıqdan sonra alan şəxs onun mətnini köçürə, başqalarına göndərə və ya cihazına yükləyə bilməz. Əlavə mühafizə təbəqəsini əlavə etmək üçün göndərilən məktubun kodla blokdan çıxarılması funksiyası quraşdırıla bilər, bu kod alan şəxsə SMS ilə göndəriləcək. İndi Google G Suite istifadəçiləri üçün susmaya görə məxfi rejimi işə salmaq imkanı təqdim edir.

Məxfi rejimi “Göndər” düyməsinin sağında yerləşən saatlı kilid işarəsinə basaraq aktiv etmək mümkündür.

© 2011-2024 Bütün Hüquqlar Qorunur