Axtarış...

Zərərli kontenti dərc edilməmişdən öncə bloklamaq mümkün olacaq.

Zərərli kontenti dərc edilməmişdən öncə bloklamaq mümkün olacaq.

Google, Microsoft, Facebook, Youtube və Twitter -in daxil olduğu şirkətlər qrupu elan edib ki, terror mətnli yazıların 88000 heşi xüsusi məlumat bazasına əlavə edilib. GIFCT (İnternet terrorizmi ilə mübarizə üzrə qlobal forum) təşkilat bildirib ki, bu ilin sonunda bloklanmış məzmun bazasına 100000-dən çox heş əlavə ediləcəkdir. Təşkilatın rəhbərləri bildiriblər ki, bu göstərici, hətta onların ilkin hədəflərini üstələyir. Belə yanaşma sayəsində terror məzmunlu mətn və çarxlar dərc edilməmişdən öncə bloklana bilər. Heş isə bu, informasiyanın özünəməxsus rəqəmli sürətidir, kodlaşdırılmış sətirdir. Bütün maraqlı şirkətlər təhlükəli məzmun heşlərini GIFCT təşkilatı tərəfindən yaradılan ümumi məlumat bazasına əlavə edə bilərlər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur