Axtarış...

Mac OS X üçün ödənişli arxiv şəklində olan ilk troyan

          

Doktor Veb şirkətinin təhlükəsizlik üzrə mütəxəsisləri Mac OS X üçün yeni Trojan.SMSSend.3666 troyanının yayıldığını bildiriblər. Bu zərərveririci proqramın yayılma sxemi bir çox Windows istifadəçilərinə məlumdur. Lakin əvvəllər Mac OS X əməliyyat sistemin işləyən notbuk və kompyuterlərdə bu istifadə olunmamışdır. Trojan.SMSSend troyanı özünü ödənişli arxiv kimi göstərir, hansı ki müxtəlif internet resurslardan faydalı proqram kimi köçürmək təklifi olunur. Müasir internetdə Trojan.SMSSend troyan ailəsi geniş yayılmışdır. Bu arxivin açılması zaamnı kompyuterin ekranına yüklənəcək proqramın interfeysi nümayiş olunur. Növbəti prosesdə istifadəçiyə müəyyən formada olan xanaya mobil nömrəni qeyd etmək, sonra isə həmin nömrəyə sms vasitəsilə göndərilən kodu yazmaq tələb olunur. Əgər istifadəçi göstərilənlərə əməl edərsə ödənişə uyğun onun hesabından müntəzəm olaraq pul çıxılacaqdır. Əvvəllər bu troyan ailəsinə aid viruslar Microsoft Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuşdur. Lakin Trojan.SMSSend.3666 Apple kompyuter istifadəçilərinə aid edilir. Doktor Veb şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəsisləri bir daha bildirirlər ki , öz kompyuterinizə mobil telefon nömrəsi göstərilən və sms göndərmək tələb olunan proqramlar yükləməyin.

© 2011-2024 Bütün Hüquqlar Qorunur