Axtarış...

Android sistemində onlarla təhlükəli boşluq aradan qaldırılıb.

Android sistemində onlarla təhlükəli boşluq aradan qaldırılıb.

Google şirkəti tərəfindən təqdim ediləcək sentyabr ayının yeniləməsində Android platforması, MediaTek, Qualcomm və Broadcom şirkətlərinin əksər komponentləri və Linux sisteminin nüvəsi üçün düzəlişlər əlçatan olacaq.

Sentyabr yeniləməsində Android media framework - un tərkibinə daxil olan kitabxanalarda düzəlişlər qeydə alınıb. Kitabxanalarda 24 boşluq aşkar olunub. Onlardan 10-u kritik əhəmiyyətli olub. 11 boşluq isə hələ təqdim edilməmiş Android 8 Oreo sistemi ilə bağlıdır. Ən təhlükəli boşluq hakerlərə imtiyazlı proses kontekstində ixtiyari kodun icrası üçün xüsusi hazırlanmış fayldan istifadə etməyə imkan verirdi. Həmçinin Wi-Fi Broadcom qurğusunun proqram təminatına (drayver) müdaxilə edən bir neçə boşluq aradan qaldırılıb. Aradan qaldırılmış boşluqların tam siyahısı ilə  linkdən tanış ola bilərsiniz. İstifadəyə veriləcək 2 yenilənmə paketindən biri qismən düzəlişlər, digəri isə tam düzəlişlər dəstindən ibarətdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur