Axtarış...

Word proqramının  bütün variantlarında təhlükəli mövcud boşluqlar aşkar  edilib.

Word proqramının bütün variantlarında təhlükəli mövcud boşluqlar aşkar edilib.

 FireEye şirkətindən olan informasiya təhlükəsizliyi üzrə mütəxəssislər bildiriblər ki, Microsoft Word proqramının bütün variantlarında " sıfırıncı gün" boşluğu aşkar edilib. Təşkilatın saytında deyilir ki, problem istifadəçilərin kompüterinə zərərli proqram təminatı yükləməyə imkan verir.

Hücumun keçirilməsi üçün cinayətkarların istifadəçilərə elektron poçt məktublarını qoşma şəklində yayılan zərərverici RTF-sənəd göndərmək kifayətdir. Daha sonra Basic Visual şrifti yerinə yetirilir, hansı ki, nəticədə hakerlərə zərərli proqram təminatı yükləməyə və hücum qurbanının kompüteri üzərində nəzarəti ələ almağa imkan verir. Bu mövcud boşluq bütün qoruyucu tədbirlərdən yan keçməyə imkan verir. Bu zaman digər bu cür hücumlardan fərqli olaraq, bu halda makrosun işə salınması tələb olunmur. O, Windows Əməliyyat Sisteminin bütün versiyalarında, həmçinin Windows 10 yüklənmiş kompüterlərdə çalışır. Microsoft problemin mövcudluğu haqda artıq məlumatlandırılıb və xüsusi patç 11 aprel "çərşənbə axşamı yenilənmələri" çərçivəsində buraxıla bilər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur