Axtarış...

Diqqət ! Saxta USB-şarj məlumat itkisinə gətirib çıxarır.

Diqqət ! Saxta USB-şarj məlumat itkisinə gətirib çıxarır.

 Bir çox müasir smartfonlar qurğunun ekranını fərdi kompüterin işçi masasında və ya televizorda əks etdirmək imkanı verir. Aries Security şirkətinin mütəxəssislərinin apardığı tədqiqatçılar göstərdi ki, bu funksiya mobil qurğudan məlumatların ələ keçirilməsi üçün istifadə oluna bilər. Brayan Markus (Brian Markus), Djozef Mlodzyanovski (Joseph Mlodzianowski) və Robert Rouli (Robert Rowley) tərəfindən işlənib hazırlanan video jacking adlı yeni növ hücum saxta USB-şarjdan istifadə etməklə istifadəçilərə qarşı cəsusluq etmək üçün nəzərdə tutulub. İşləmə üsulu bu cur həyata keçirilir: USB-şarj boşluq olan smartfona qoşularkən qurğu telefonun ekranını ayırır və beləliklə də, istifadəçi baxdığı, daxil etdiyi PİN-kod, şifrə, hesab nömrələri, şəkil, video və s. məlumatları qeydə alır.

Tədqiqatçılar yeni üsul hücumu Las Veqasda təhlükəsizlik üzrə keçirilən DEF CON konfransında nümayiş etdiriblər. Onların sözlərinə görə əksər Android və HDMI çıxışla təchiz edilmiş smartfonlarda o cümlədən iPhone 6, Asus, Blackberry, HTC, LG, Samsung, Apple, ZTE və digər istehsalçılarda da bu üsul işləyir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur