Axtarış...

KİMM Malware Lab-ın 2 yeni layihəsi artıq istifadədə

Texnologiyaların yüksək sürətlə inkişafı həyatımıza müsbət təsiri ilə yanaşı bəzi mənfi cəhətləridə özüylə bərabər gətirir. Bu mövzuyla əlaqədar nəzərdə tutduğumuz mənfi cəhətlər zərərli proqram təminatlarıdır (malware). Belə ki, bu tip proqram təminatlarını yazan şəxslərin əsas hədəfi texnologiya və iqtisadiyyatın inkişaf etdiyi ölkələr olur. Səbəbi isə bu ölkələrdə texnologiyanın inkişafı ilə insanlar artıq bir çox əməliyyatları internet üzərindən etməkləri onları birbaşa olaraq potensial hədəfə çevirir. Və beləliklə “Malware” artıq hədəf istifadəçi ilə kibercinayətkar arasında körpü rolunu oynayır.

İstifadəçi yoluxdurulur və həmin istifadəçinin şəxsi kompüterindən alınan məlumatlar əsasında istifadəçinin şifrələri, bank əməliyyatları və sair məlumatları cinayətkar tərəfindən istifadə olunur. KİMM Malware Lab-ın məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.

Malware Lab - özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Beləki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz programından ibarət olacaq.

Bu keçid vasitəsiylə siz Malware Lab-ın təqdim etdiyi 3 layihə ilə tanış ola bilərsiniz:
Malware Analysis Kit (MAK) - Zərərverici Analizi Alətlər Toplusu
Malware Event Logging (MEL) -
Zərərverici Proseslərinin Loglaşdırılması
Multifunctional Analysis Program (MAP) -
Multi-funksional Analiz Programı

 

Bizimlə əlaqə / Bug Report: malware_lab@cert.gov.az

© 2011-2024 Bütün Hüquqlar Qorunur