Axtarış...

“Skype”-ın bağlanması ilə bağlı yayılmış məlumatlar barədə açıqlama.

“Skype”-ın bağlanması ilə bağlı yayılmış məlumatlar barədə açıqlama.

“Skype”-ın bağlanması ilə bağlı yayılmış məlumatlarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, “Skype”-ın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar təmamilə uydurulmuş məlumatdır və heç bir həqiqəti əks etdirmir.

Belə ki, məlum olduğu kimi Xüsusi Dövlət Mühafizə Xidməti yalnız dövlət orqanlarının şəbəkələrinin və internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasını təşkil edir.

Ümumilikdə, respublikanın internet şəbəkəsi ilə əlaqəsinin təmin olunmasına heç bir aidiyyatı yoxdur və bu sahədə xidmət göstərmir. Bu isə o deməkdir ki, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ölkədə “Skype” və digər hər hansı bir internet xidmətlərinin məhdudlaşdırılmasını həyata keçirə bilməz.

Bununla yanaşı qeyd etmək istəyirik ki, “Skype” internet şəbəkəsinə və geniş istifadəçi şəbəkəsinə malik proqram təminatı olduğundan digər hər hansı bir proqram təminatı kimi onun da proqram-aparat təminatında və ya şəbəkə bağlantısında hər hansı qısamüddətli problem yarana bilər lakin, bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur