Axtarış...

Moose soxulcanı ifşa edildi.

 Linux bazasında çalışan şəbəkə qurğularını sıradan çıxaran Moose soxulcanı aşkar edildi. Eset şirkətinin informasiya təhlükəsizliyi üzrə olan təhqiqatçıları yeni zərərverici Moose proqram təminatının sıradan çıxardığı Linux bazasında olan müxtəlif tip portativ şəbəkə qurğuları, DSL modemlərdən başlayaraq videomüşahidə sistemlərinədək hətta internetə çıxışı olan bir çox tibbi qurğular haqda aparılmış analizin nəticələrini (PDF) yayımlamışlar. Soxulcanın yayılması Actiontec, Hik Vision, Netgear, Synology, TP-Link, ZyXEL və Zhone kimi qurğularda daha aktiv müşahidə olunur. Moose-un nüfuzetməsinin əsas üsulu isə tipik şifrələrin seçimi ilə baş vermişdir.

Sındırılmış qurğular arasında bir şəbəkə formalaşdırılır, hansı ki, saxta sosial şəbəkə akkautları vasitəsilə bir çox fırıldaqçı əməliyyatları həyata keçirilir. Yaradılan bu şəbəkənin sahibi əslində Twitter, Instagram, Vine, Youtube, Facebook və Google+ kimi sosial şəbəkələrdə LİKE satışı və saxta abunəçilik istiqamətində qazanc əldə etməyi düşünür.

Moose zərərvericisi həmçinin şəbəkənin skan olunması zamanı aşkar olunan az qorunan qurğulara hücum kimi də istifadə olunur. Soxulcan özünü və özü haqda sistemdə hər hansı bir informasiya saxlamır, onun silinməsi üçün isə kifayətdir ki, qurğunuzu işini yenidən işə salasınız.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur