Axtarış...

Diqqət!!! PHP-də boşluq aşkar olundu.

Diqqət!!! PHP-də boşluq aşkar olundu.

PHP-də yaranmış boşluq praktiki olaraq milyonlarla saytları təhlükə qarşısında qoyur. WhiteHat Security –nin mütəxəssisi Robert Xansen Magic Hash adını almış boşluq aşkar etmişdir. PHP-nin xeşlərlə işləyən zaman yaranmış xətasının köməkliyi ilə xaker istifadəçi şifrəsini əldə edə bilər və bu kimi təhlükəsizliyin təmin olunması vasitələrini adlaya bilər. Mövcud problem iki xeşin müqayisəsi zamanı bərabər-bərabər (= =) operatorundan istifadə edərkən baş verir. PHP base16 şifrələmə üsulunundan istifadə edir və biz nəticədə aşağıdakına bənzər sətir alırıq :

“0e812389…”

Ekspertlərin rəyinə görə bu boşluq milyonlarla saytı təhlükə ilə üz-üzə qoya və ciddi problemə çevrilə bilər. Əgər verilənlər bazasında istifadəçi şifrəsinin xeşi 0e ilə başlayırsa xaker istənilən sətirdən istifadə edərək şifrəni bilmədən sistemə uğurlu giriş edə bilər. Mütəxəssislər bu problemin müəyyən vaxtlıq həlli olaraq 3 bərabərlikdən (===) istifadə etməyi tövsiyyə edirlər.

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur