Axtarış...

CERT.GOV.AZ-ın yeni Yoluxmuş İP Xidməti

CERT.GOV.AZ-ın yeni Yoluxmuş İP Xidməti

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi internet istifadəçilərinə daha öncə təqdim etdiyi 6 yeni xidmətdən növbəti- Yoluxmuş İP xidmətini təqdim edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, Yoluxmuş İP Xidməti Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin aşkar etdiyi o cümlədən bir çox araşdırma mərkəzlərindən aldığımız və birləşdirirək vahid yoluxmuş ip bazasına çevirdiyimiz məlumat axtarış sistemidir. Siz bu xidmət vasitəsi ilə istifadənizdəki İP ünvanın yoluxmuş İP bazasında olub olmaması barədə avtomatik məlumat alacaqsınız. Belə ki, siz sayta girdiyiniz anda əgər sizin İP ünvanınız yoluxmuş İP bazasında varsa bu haqda ekranınınızda bildiriş görəcəksiniz. Bildirişin üzərində ətraflı məlumat hissəsinə keçidindən istifadə edərək yoluxduğunuz zərərvericinin (malware) aktivlik göstərdiyi və sandbox tərəfindən müəyyən edildiyi zamanı (timestamp) "loq" şəklində əldə edə bilərsiniz.

 

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur