Axtarış...

Honeypot - xaker üçün tələdir

 Honeypot - özündə tələ rolunu oynayan xakerlərin hansı üsul və texnikadan istifadə etməsini aşkarlayan bir resursdur.

Honeypotun ümumi prinsipi:

Təsəvvür edin hansısa bir resurs mövcuddur, (bu sistem, veb server, ümumi istifadə üçün qovluq, verilənlər baza serveri və s. ola bilər) hansı ki, kifayət qədər cəlbedici görünə bilər və xaker tərəfindən asanlıqla sındırıla bilər.

Belə desək asan olmaya da bilər, lakin bununla analizin üsulunu və xakerin hansı boşluqlardan istifadə etməsini başa düşmək olar. Bunun üçün bütün mümkün əməliyyatların loqlaşdırılmasını həyata keçirmək lazımdır ki, heç bir vacib nüans nəzərdən qaçmasın.

 

Honeypotun funksiyaları:

Əsas funksiyası - hücumun üsulları haqda ətraflı loqların aparılması, sistemə müdaxilənin və həmin vaxt istifadə olunan variantların analizidir. Formal olaraq Honeypotla bütün iş "yükləmək" və "gözləmək" ilə yekunlaşır. Periodik olaraq loqlara baxmaq və zəif qorunan yerlərdə bütün şübhəli aktivliyi qeydə almaq lazımdır.

Honeypotun - təhlükəsizlik modeli kimi dəyəri 3 mərhələ ilə müəyyən edilib.

1. Hücumun qarşısının alınması

2. Aşkar olunması

3. Cavab

Honeypot yuxarıda qeyd olunan bu 3 mərhələdə istifadə edilə bilən tələdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur