Axtarış...

Fırıldaqçı proqram Windows - un şifrəsini dəyişir.

 Symantec şirkətinin mütəxəsisləri Ransomlock troyanının yeni modifikasiyasını ifşa ediblər. Ekspertlərin sözlərinə görə Trojan.Ramsonlock.AF Easy Programming Language - in köməyi ilə yaradılıb və yayılıb. İstifadəçinin kompyuterini yoluxduraraq zərərverici proqram aktiv istifadəçi olan "tan123456789" üçün Windows - a daxil olma şifrəsini dəyişir. Bundan başqa troyan istifadəçi adını belə dəyişir “contact [IM ACCOUNT USER ID] if you want to know the password.” (əgər şifrəni bilmək istiyirsinizsə İM istifadəçisinin identifikatoru ilə əlaqə saxlayır).

Kibercinayətkarların tilovuna düşən istifadəçilərdən yeni şifrəyə görə 3.25 $ ödəmək tələb olunur. Lakin o hal da istisna deyil ki, kibercinayətkarlar şifrəni istədikləri vaxt dəyişə bilərlər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur