Axtarış...

RSA:Sosial Mühəndislik texniki dəstəyin işində ən təhlükəli təhdiddir.

Bir çox təşkilatlar texniki dəstəklə bağlı təhlükəsizliyinə o qədər də ciddi insident kimi baxmırlar. RSA şirkətinin mütəxəsisləri nəhəng İT kompaniyaların nümayəndələri ən geniş yayılmış təhdid barədə sorğu keçirmişlər. SANS - ın keçirdiyi 2013-cü ilin "Təhlükəsizlik və texniki dəstəyin işində məxfiçilik" sorğusunun 900 ekspert iştirak etmişdir.

Sorğuda iştirak edənlərin 69 %-i sosial mühəndisliyi ən ciddi təhlükə hesab edir. Bundan başqa sorğu iştirakçılarının 29 %-i təşkilatların texniki dəstəyinin təhlükəsizlik səviyyəsinin çox aşağı olmasını təsdiqləyiblər. Yalnız 10%-i təşkilatların işinin təhlükəsiz aparıldığını qeyd edib.

Ekspertlərin fikrincə əsas problem ondan ibarətdir ki, bir çox təşkilatlar texniki dəstəklə bağlı olan insidentlərə ciddi hal kimi baxmırlar.

© 2011-2024 Bütün Hüquqlar Qorunur