Cari ilin 27 oktyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Dr. Adrian Viktor Vevera ilə görüş keçirmişdir. Görüş Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2023” tədbiri ərəfəsində təşkil olunmuşdur.
Görüşdə tərəflər kiberdiplomatiyanı, bulud həllərinin təhlükəsizliyini, əşyaların internetini, ağıllı şəhər konsepsiyalarında kibertəhlükəsizliyi, “big data", yüksək səviyyəli domen sistemlərində blokçeyn tətbiqini, eləcə də süni və artırılmış intellekt sahələrində birgə tədqiqatların aparılması sahəsində əməkdaşlığı və görülən işləri müzakirə etmişlər.
Xatırladaq ki, cari ilin aprel ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.
© 2011-2024 Bütün Hüquqlar Qorunur