Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində oktyabr ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində oktyabr ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2025-ci ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Oktyabr ayı üzrə 31.10.2025-ci il tarixində saat 16:00-da başlanacaq vebinar “Kibergigiyenamız fərdi təhlükəsizliyimiz üçün yetərlidirmi?” mövzusuna həsr olunur. Vebinarda gündəlik rəqəmsal davranışlarımızın təhlükəsizlikdə rolu, kibergigiyena mədəniyyətinin əhəmiyyəti, şifrələr və ikiaddımlı doğrulamanın real effektivliyi, gündəlik internet istifadəsində edilən tipik səhvlər, sosial şəbəkə paylaşımlarının fərdi və korporativ riskləri, “məni kim hack edəcək ki?” yanaşmasının niyə yanlış olduğu, süni intellektin yaratdığı yeni risklər geniş şəkildə müzakirə ediləcək.

  • Məruzəçi:
    Zəhra Şahbazova - CYBERSIGN, kibertəhlükəsizlik baş mütəxəssisi

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

© 2011-2025 Bütün Hüquqlar Qorunur