Axtarış...

XRİTDX əməkdaşlarının rəqəmsal kriminalistika üzrə araşdırması dərc olunub

XRİTDX əməkdaşlarının rəqəmsal kriminalistika üzrə araşdırması dərc olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları Səbinə Tağıyeva və Rəvan Abdinovun “Rəqəmsal ekspertiza və insidentə cavab əsasında insidentlərin zaman xəttinin rekonstruksiyası problemləri” adlı elmi məqaləsi “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransının elmi əsərləri toplusunda dərc olunub.

Məqalədə kiberinsidentlərin araşdırılması zamanı müxtəlif rəqəmsal sübutların korrelyasiyası əsasında hadisələrin zaman xəttinin rekonstruksiyası, bu prosesdə yaranan metodoloji çətinliklər və anti-forensik müdaxilələrin aşkarlanması məsələləri araşdırılıb.

Tədqiqatın praktik hissəsində timestomping texnikası simulyasiya edilərək müxtəlif fayl sistemi və əməliyyat sistemi artefaktlarının müqayisəli təhlili vasitəsilə hadisələrin real ardıcıllığının müəyyən edilməsinin mümkünlüyü nümayiş etdirilib.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://ict.az/uploads/elmi_praktiki_konfrans_3_iyun_2026/Kibertehlukesizlik_elmi_eserler_31_07_2026.pdf

© 2011-2026 Bütün Hüquqlar Qorunur