Axtarış...

Android və iOS üçün şifrə mühafizəsi ilə Google Chrome 86 buraxılıb.

Android və iOS üçün şifrə mühafizəsi ilə Google Chrome 86 buraxılıb.

  Google Windows, macOS, Linux, Android və iOS sistemləri üçün Chrome 86 versiyasını işə salıb. Yeni versiya uçot məlumatlarının mühafizəsi və mobil cihazlar üçün icazəsiz giriş barədə bildirişlərin göndərilməsi kimi maraqlı yeniliklərlə fərqlənir. Bundan əlavə, tanınmış brauzerin yeni versiyasında FTP keçidlərinə dəstəkdən tədricən imtina olunur. Bu növ URL Chrome 88 çıxışı ilə səbətə göndəriləcək. Android və iOS mobil cihazlarının istifadəçiləri üçün tərtibatçılar maraqlı funksiya təqdim edib. İndi yaddaşda saxlanılan şifrələr ələ keçirildiyi halda, brauzer bildiriş göndərəcək. Bu yeniliyin iş prinsipi olduqca sadədir: Chrome yaddaşda saxlanılan Google istifadəçi və şifrə adlarının şifrələnmiş surətini göndərir, Google isə onları ələ keçirilən uçot məlumatlarının siyahısı ilə müqayisə edir. Onlar şifrələndiyi üçün internet nəhəngi login və parollarınızı oxuya bilmir. Hər hansı məlumatlar ələ keçirildiyi halda isə, Google istifadəçini dərhal şifrənin dəyişdirilməsi üçün səhifəyə yönləndirəcək (veb-sayt domain.com/change-password kimi xüsusi URL göstərdiyi halda, işləyir). Həmçinin, tərtibatçılar brauzerin mobil versiyasına Safety Check funksiyasını əlavə edib. Bu funksiya yenilənmə və deaktiv edilmiş Safe Browsing xidməti barədə bildiriş göndərəcək. Google gələcəkdə iOS üçün versiyalarda şifrələrin avtomatik doldurulması məqsədilə biometrik autentifikasiya dəstəyini əlavə edəcəyini vəd edir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur