Axtarış...

Android istifadəçilərdən yeni pul oğurluğu sxemi ortaya çıxıb.

Android istifadəçilərdən yeni pul oğurluğu sxemi ortaya çıxıb.

 Kaspersky şirkətinin mütəxəssisləri Android smartfonların istifadəçilərindən pul vəsaitlərinin oğurlanmasına hədəflənmiş yeni dələduzluq sxemi barədə məlumat veriblər. Yeni dələduzluq sxeminin əsas hədəf kütləsi yaşlı istifadəçilər, uşaqlar və Android smartfonlardan az istifadə təcrübəsinə malik şəxslərdir. Verilmiş məlumata əsasən dələduzların əsas məqsədləri istifadəçiləri öz cihazlarına uzaqdan idarə funksiyalı tətbiqi quraşdırmağa məcbur etməkdir. Bu cür tətbiq vasitəsilə dələduzlar öz qurbanlarının mobil bank tətbiqlərinə daxil olmaq üçün nəzərdə tutulmuş hesabları ələ keçirirlər və tez bir zamanda onların pul vəsaitlərini özlərinə köçürürlər.

 Bunun üçün dələduzlar bank əməkdaşı kimi özlərini təqdim edirlər və istifadəçiləri öz smartfonlarına dəstək xidməti tətbiqini quraşdırmağa sövq edirlər. Bu istiqamətdə dələduzlar istifadəçilərə messencer vasitəsilə APK fayl göndərirlər. Tətbiqin quraşdırılmasından və smartfon üzərində idarənin təqdim olunmasına istiqamətlənmiş kiçik təlimatın yerinə yetirilməsindən sonra istifadəçi öz pul vəsaitlərini itirmiş olur. Bununla belə quraşdırılan tətbiqin interfeysi müvafiq bankın interfeysinə çox bənzəyir. Dələduzlar uzaqdan idarə üçün olan legitim tətbiqləri kopyalayırlar və onları təkmilləşdirərək insanları aldadırlar.

Xafecopy Trojan Detected in India, Steals Money Through Mobile Phones:  Kaspersky Lab | Technology News

© 2011-2024 Bütün Hüquqlar Qorunur