Axtarış...

Yeni Linux nüvəsi notbuk displeylərini sıradan çıxarır.

Yeni Linux nüvəsi notbuk displeylərini sıradan çıxarır.

Səhv ekran işıqlandırılmasının düzgün iş rejimini pozan nüvə kodundadır. Məlum olub ki, Linux nüvəsinin 5.19.12 versiyası noutbukun displeyini fiziki olaraq qıra bilər. Beləki, bütün modellər deyil, yalnız inteqrasiya olunmuş video nüvəyə birbaşa qoşulan, Nvidia Optimus və bəzi Radeon qrafikalı modellər risk altındadır. Görüntü ilə bağlı problemlərin olduğu bildirilir. Əsasən, ekranda ağ işıq indikatoru sürətlə yanıb-sönməyə başlayır. Sistem nüvəsinin hazırlanmasında iştirak edən mühəndislərdən biri izah etdi ki, bu, LCD panelin yanlış iş rejimində uzun müddət işləməsindən irəli gəlir. Məhz bu səbəbdən ekran sıradan çıxa bilər, çünki o, uzun müddət bu rejimdə işləmək üçün nəzərdə tutulmayıb. Xoşbəxtlikdən, Linux mühəndisləri problemə operativ reaksiya verdi. Linux nüvəsi üçün qrafik drayverdə aşkar edilmiş bütün problemləri aradan qaldıran yeniləmə artıq buraxılmışdır. Linux nüvəsinin 5.19.13 versiyası artıq hər kəsin yükləməsi üçün əlçatandır. Problemli yeniləməni hələ quraşdırmayan şəxslərin bunu etməkdən çəkinmələri tövsiyə olunur.

© 2011-2024 Bütün Hüquqlar Qorunur