XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanır

4 Okt 2021

Facebook şirkətinə məxsus WhatsApp, Instagram və Facebook sosial şəbəkə platformalarının fəaliyyətində problemlər yaşanmaqdadır. Populyar internet resurslarının mütəmadi monitorinqini təşkil edən Downdetector və Servicesdown saytları da ABŞ, Böyük Britaniya daxil olmaqla Rusiya, Ukrayna, Türkiyə, Almaniya və bir sıra digər Avropa ölkələrindən olan istifadəçilər də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı problemlər yaşandığı barədə məlumatlar qeydə almışlar. Hal-hazırda Facebook şirkəti tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparılması barədə açıqlama verilmişdir.
Bildiririk ki, Azərbaycan internet şəbəkəsinin fəaliyyətində hər-hansı bir çətinlik yoxdur və sosial şəbəkələrlə bağlı yaranmış problem qlobal xarakter daşıyır.

Qeyd olunan sosial şəbəkələrin fəaliyyətində müşahidə olunan dayanmaların qrafikini aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

Whats apphttps://downdetector.ru/ne-rabotaet/whatsapp/
Instagram https://downdetector.ru/ne-rabotaet/instagram/
Facebook https://downdetector.ru/ne-rabotaet/facebook/