Axtarış...

Dövlət informasiya resurslarına qarşı keçirilən kiberhücumlarla bağlı.

Dövlət informasiya resurslarına qarşı keçirilən kiberhücumlarla bağlı.

Dövlət informasiya resurslarına qarşı DDOS hücumlarının, o cümlədən kiberhücum cəhdlərinin qarşısının alınması məqsədi ilə botnetə üzv olan zombi kompüterlərə aid ip seqmentlər, anonim proxy və vpn-lərdən dövlət informasiya sistemlərinə girişlər mütamadi olaraq tərəfimizdən bloklanır. 28 sentyabr tarixindən 65 Gbit/san trafik həcmi ilə bir sıra ölkələrdən botnetə qoşulmuş server idarəetmə mərkəzləri və zombi kompüterlər vasitəsi ilə emal olunan milyonlarla saxta sorğular tərəfimizdən bloklanmışdır.

Dövlət qurumlarının informasiya ehtiyatlarının fəaliyyətində dayanma müşahidə olunmasa da, DDOS hücumun qarşısının alınması məqsədi ilə xarici ölkələrdən müvafiq ip seqmentasiyaların mütamadi blok olunması xarici ölkələrdə eyni ip seqmentdən istifadə edən vətəndaşlarımızın da həmin resurslara girişində çətinliklər yarada bilər.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və kiber hücum istiqamətlərini diqqətlə analiz edir.
Bildirmək istəyirik ki, düşmən ölkənin kiberlamerləri əsasən 4 istiqamətdə kiberhücumlar həyata keçirirlər:

  1. Dövlət qurumlarının internet informasiya resursları
  2. Bank sektoru
  3. Media saytları
  4. İndividual istifadəçilər (elektron poçt ünvanları, zənglər və s.)

KİMM (CERT.gov.az) düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı bütün vətəndaşlarımızı diqqətli və ayıq-sayıq olmağa çağırır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur