Axtarış...

TikTok-un Android versiyasındakı xətalar istifadəçilərin hesablarını oğurlamaq imkanı yaradırdı.

TikTok-un Android versiyasındakı xətalar istifadəçilərin hesablarını oğurlamaq imkanı yaradırdı.

  TikTok tərtibatçıları eyni adlı Android tətbiqində dörd boşluğu aradan qaldırıblar. Bu boşluqların təhlükləsi qısa videoların yaradılması və baxılması üçün nəzərdə tutulan servis istifadəçilərinin hesablarının sındırılması imkanından ibarət idi. Mobil tətbiqlərin təhlükəsizliyi ilə məşğul olan Oversecured şirkətinin əməkdaşları TikTok-un Android versiyasının kodunda çatışmazlıqlar aşkar etmişdir. Dəliklərin mövcudluğu qurğuda quraşdırılmış zərərli proqrama TikTok-dan məxfi faylları tutmaq imkanı verirdi (məsələn, sessiya tokenlərini). Həmin tokenləri ələ keçirərək, xakerlər, şifrə daxil etmək zərurəti olmadan, istifadəçinin hesabına daxil ola bilirdi.

  Bu cür hücum zamanı zərərli proqram faylı zəifliyi olan TikTok tətbiqinə daxil etməlidir. İstifadəçi populyar servisi işə salan kimi, zərərli fayl fon rejimində hücumu təşkil edənin serverinə sessiya tokenlərini göndərir. Oversecured-in qurucusu olan Sergey Toşinin sözlərinə görə, Android qurğusuna düşən zərərli proqram həmçinin sistemdə TikTok icazələrindən istifadə edə: kameraya, mikrofona, fotoşəkillərə və videoyazılara keçid əldə edə bilirdi. Oversecured mütəxəssisləri texniki zəiflik haqqında ətraflı məlumatları öz saytlarında paylaşmışdır. TikTok nümayəndələri isə təhlükəsizlik probleminin aradan qaldırıldığını bildirdilər.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur