Mütəxəsislərin əksəriyyəti verilənlər bazasının qorunmasında olan daxili və xarici təhdidlərə önəm vermirlər. Verilənlər bazasının qorunması üzrə araşdırma şirkəti olan GreenSQL dekabr ayında növbəti araşdırmasını apardı. Belə ki, 88 % sorğulanan şirkətlər verilənlər bazasında daxili və xarici təhdidlərə önəm vermədikləri üçün informasiyanı etibarlı müdafiə edə bilmirlər. Aparılan sorğunun 5 %-i isə verilənlər bazasının heç bir qorunma vasitələrindən istifadə etmirlər. “Verilənlər bazanızı SQL inyeksiyalardan necə qoruyursuz ?” sualına isə İT mütəxəsislər belə cavab verdilər:
“Mən kodların keyfiyyətliliyini yaxşılaşdırmışam” – 58 % halda
“SQL inyeksiyaların müdafiəsindən istifadə edirəm” – 18 %
GreenSQL şirkətinin baş direktoru Amir Sadeh bildirdi ki:
Təhqiqatlar göstərdi ki az qala bütün şirkətlərin verilənlər bazasında daxili və xarici təhdidlər zamanı boşluqlar mövcuddur. Kodların sadə formada etibarlılığının yaxşılaşdırılması daxili təhdidlərdən qorunmaq üçün əlverişli vasitə deyil. Təhqiqatların gedişi zamanı 1 saat ərzində 70 korporativ verilənlər bazasına 70 hücum təşkil olunmuşdur.
© 2011-2024 Bütün Hüquqlar Qorunur