Antivirus şirkəti zərərverici proqram aşkar etmişdilər hansı ki, hətta troyan adlandırmaq belə çətindir. Bu sadə .BAT faylı BAT2EXE utiliti vasitəsilə .EXE formatına çevirilmişdir. Proqramın təlimatı da çox asan və aydındır: o kompyuterdə hal-hazırda olan tarixi yoxlayır, əgər həmin tarix .EXE-nin daxilindəki siyahı ilə uyğun gəlirsə o zaman proqram 50 dəqiqə sonra D və C disklərində və işçi masada olan faylları silir.
Tarixlərin siyahısı:
Zərərverici fəaliyyətini bitirdikdən sonra chkdsk utiliti işə düşür. Antivirus şirkətinin ekspertləri hesab edirlər ki, bu sistem səhvi virusun aktivliyinin maskalanması üçün lazımdır. Kaspersky antiviruslarında virusa Trojan.Win32.Maya.a adı mənimsədilib. Qeyd edilir ki, troyanın öz nüsxələrini yaymaq üçün heç bir vəsaiti yoxdur. Maya troyanın müəlliflərinin təcrübəsiz olmalarının daha bir faktı da odur ki, bu proqramın daxilində 16 bitlik SLEEP.EXE faylı mövcuddur.Bu da 64 bitlik Windows versiyalarında işə salınmır.
© 2011-2024 Bütün Hüquqlar Qorunur